Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məqsəd budaq cümləsi

Baş cümlədə ifadə olunan hal və hərəkətin məqsədini bildirən və baş cümlədən çıxan nə məqsədlə? sualına cavab olan budaq cümlə.

Məqsəd bu­daq cümləsində baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi “ki” bağlayıcısından istifadə olunur; məs.: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir; məs.: Biz ondan ötrü bura gəldik ki, şəhid anasına dəstək olaq. Məqsəd budaq cümləsi sa­dələ­şəndə “məsdər (tərkibi) + üçün qoşması” şəklində sa­dələşir; məs.: Məhərrəm və Ülvi tələsirdilər ki, Qarabağa gedən qatara gecikməsinlər – Məhərrəm və Ülvi Qarabağa gedən qatara gecikməmək üçün tələsirdilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti