Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şərt budaq cümləsi

Baş cümlənin məzmunundakı hal-hərəkətin və ya hökmün asılı olduğu şərti bildirən budaq cümlə.

Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa2 şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi və ya yalnız -sa2 şəkilçisi işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir; məs.: Əgər bu mərhələdə də birinci yerə çıxsa, çempionatın qalibi olacaq. Bəzi şərt budaq cümlələri də var ki, baş cümlə budaq cümlədən əvvəl gəlir. Bu zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Belə cümlələrdə bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərdən istifadə olunur; məs.: Bir şərtlə maşınları buraxaram ki, vaxtında burada olsunlar.  Şərt budaq cümləsi yalnız intonasiya vasitəsilə də yarana bilər; məs.: Oxu deyir, oxu da.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti