Radionun texniki imkanları zəminində meydana çıxmış dramaturji yaradıcılıq növü.
Radiodramaturgiya keçən əsrin əvvəllərində Qərbi Avropada meydana çıxıb. R.-lər yaratmaq işinə məşhur yazıçı və dramaturqlar, o cümlədən L.Frank, A.Sveyq qoşulmuşdular. Xüsusi səs və musiqi effektləri R.-ə ifadəlilik, təsir qüvvəsi verir. Dünya radiosunun praktikasında R.-in müxtəlif növləri vardır. Bu format dialoji mətnlərin üstünlük təşkil etdiyi nəsr əsərlərinin də səsləndirilməsinə imkan verir. Belə ki, əsərin təhkiyə hissəsi aparıcı aktyor, dialoqlar isə müxtəlif aktyorlar tərəfindən səsləndirilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. realis – olduğu kimi, həqiqi
Xalqın özünəməxsus etnomilli maddi, mədəni, tarixi fakt və hadisələrini əks etdirən, başqa dillərdə ekvivalenti olmayan leksik vahidlər.
Bura, ilk növbədə, geyim, kulinariya, dini və milli mərasimlər və s. ilə bağlı sözlər daxildir. Azərbaycan dilində R.-lərə səməni, paxlava, yapıncı, başlıq kimi sözləri aid etmək olar. Bu sözlər başqa dillərə transliterasiya yolu ilə tərcümə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. reçitative – deklamasiya
Vokal musiqidə avazlı nitq, deklamasiyaya yaxın ifa.
XVI–XVIII əsrlərdə operanın yaranması ilə əlaqədar meydana gəlib. Sonradan digər musiqi janrlarında – oratoriya, kantata, mahnı və s.-də istifadə olunmağa başlayıb. Musiqili dram əsərlərinin bitkin, irihəcmli səhnələri arasında bağlılıq yaratmaq və hadisələri şərh etmək üçün istifadə olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1. Əsərin müәllif və ya nəşriyyat tərəfindən nəşrə hazırlanan variantlarından biri.
Əsərin R.-sı yalnız üslub, süjet və ya kompozisiya deyil, ideya baxımından da fərqlənə bilər. Bir çox klassik əsərlər bir neçə müəllif və ya xəttat R.-sında mövcud olub. Onların araşdırılması və müqayisəsi mətnşünaslığın tədqiqat obyektlərindən biridir. Bәzәn müәllif çap olunub yayılmış әsәrini dә әsaslı surәtdә dәyişdirib onun yeni R.-sını yaradır. Məsələn, L.Tolstoyun “Hərb və sülh” romanının bir neçə adda R.-sı olub (“Dekabristlər”, “1805-ci il”). İ.V.Hötenin “Faust” әsәrinin iki R.-sı mәlumdur. Bəzi tənqidçilərin fikrincə, İsa Muğannanın “İdeal” romanı “Yanar ürək” romanının fərqli R.-sıdır. Klassik əsərlərin müxtəlif nəşriyyatlar tərəfindən hazırlanmış R.-ları çox zaman dövrün, senzuranın tələbi kimi meydana çıxır. Məsələn, “Qabusnamə”nin 1963-cü il R.-sında ermənilər haqqında deyilmiş parça 1982-ci il R.-sında ixtisar edilib.
2. Əsər nəşrə hazırlanarkən onun dili, üslubu üzərində iş aparan nəşriyyat şöbəsi.
R.-nın personalı, adətən, redaktor və korrektorlardan ibarət olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. redactio – qaydaya salma
Mətndəki dil-üslub xətalarının aradan qaldırılması.
R. əsərin nəşrə hazırlanma prosesinin tərkib hissəsidir; adətən, dizayn və korrekturadan əvvəl həyata keçirilən ilkin mərhələdir. Spesifik xüsusiyyətləri, metodikası, məqsəd və vəzifələri baxımından R.-nin bir neçə növü var: elmi R., bədii R., texniki R.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏlyazma mətninin dili, üslubu və məzmununa görə cavabdehlik daşıyan nəşriyyat işçisi.
R., adətən, dil mütəxəssisi olur. O, mətnin dil və üslubunu janrın tələblərinə və ədəbi dilin normalarına uyğunlaşdırır. Bununla yanaşı, nəşriyyatda, adətən, çapa hazırlanan kitabın texniki-tərtibat göstəricilərini yoxlayan texniki redaktor olur. Lakin elmi və bədii əsərlər nəşrə hazırlanarkən elmi və bədii redaktor qismində müvafiq sahə mütəxəssisləri (alimlər və ədiblər) dəvət olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. requies – dinclik, sakitlik
Matəm mərasimində orkestrin müşayiəti ilə ifa etmək üçün yazılmış çoxsəsli xor əsəri; musiqi üçün yazılmış lirik şeir.
R.-də mərhumun ruhuna dualar edilir. İlk R.-lər XIII–XIV əsrlərə aiddir. Azərbaycan ədəbiyyatında bu janra R.Rza, Ə.Kərim, F.Qoca, R.Rövşən, V.Səmədoğlu və b. müraciət ediblər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyap. – hərfi tərcümədə: “birgə poetik yaradıcılıq”
Qədim yapon lirik şeir janrı.
R. iki və daha çox bənddən ibarət olur. Birinci “başlanğıc” bənd 5-7-5 hecalı üç misradan ibarətdir və məhz o, sonralar xokku (haiku) janrının yaranması üçün əsas olub. R., əslində, tanka şeir formasının iki bəndə (3 və 2 misralıq) bölünməsidir. Bəzən onlar iki müxtəlif şair tərəfindən qoşulurdu; bir növ poetik dialoq alınırdı. Onu istənilən qədər davam etdirmək olardı və bu deyişmədə iştirakçıların sayı qeyri-məhdud idi. R. yaradıcılığında əvvəlki bəndlə mürəkkəb əlaqəni saxlamaq şərti ilə süjeti gözlənilmədən dəyişmək bacarığı yüksək qiymətləndirilirdi. Hesab edilirdi ki, bir-birinə bağlanmış bəndləri ilə R. hər şeyin qarşılıqlı əlaqədə olduğunu, dünyanın öz sonsuz dəyişmələrində vahidliyini ifadə edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. reprise – təkrar, bərpa
Üslubi fiqur: əvvəl işlənən sözün sonrakı ifadədə və ya cümlədə təkrar olunması.
R. bədii nitqin hissələri arasında bağlılıq yaradan və mövzunu inkişaf etdirən açar sözü qabartmaq üçün istifadə olunur; məsələn:
Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. (İ.Həsənoğlu)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. recensio – qiymət
Ədəbi tənqidin əsas janrlarından biri, elmi və ya ədəbi-bədii əsər, tamaşa, konsert və s. haqqında tənqidi məqalə, rəy.
Hәcmcә çox da böyük olmayan R. mətbuatda dərc edilmək üçün yazılır. R.-da, adətən, son dövrün yaradıcılıq məhsulu olan ədəbiyyat, musiqi və incəsənət əsərlərinə, eləcə də elmi tədqiqatlara yığcam şәkildә qiymәt verilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. raisonner – mühakimə yürütmək
Hadisәlәrin inkişafında bilavasitә iştirak etmәyib әsәrdәki hadisәlәr, adamlar, tarixi dövr vә s. haqqında mühakimә yürüdәn şəxs.
R. antik dramda, komediyada, yaxud qәdim romanlarda bir çox hallarda uzun nitqlәr söylәyir. R.-un sözlәrindә müәllif bilavasitә öz fikrini ifadә edir. Klassisizm әsәrlәrinin, demәk olar, hamısında bu cür surәtlәrә tәsadüf olunur. Müasir dövrdə R. anlayışı fərqli mənada da işlənir. Əsәrboyu xüsusi gözәçarpan, lakin müәllifin fikirlәrini kifayәt qәdәr bәdii şәkildә ifadә edә bilmәyәn surәtlәrә müasir dövrdə R. adı verilir. Bu mәnada R. obraz yazıçı üçün qüsur kimi qəbul edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYaxın və Orta Şәrq poeziyasında şeir şәkillәrindәn biri.
R-Ə.-də dörd misradan ibarәt olan bәndin axırına cığatipli yarımmisra әlavә edilir. Hәmin misra özündәn әvvәlki misra ilə qafiyәlәnir vә yeni bәndin әvvәlindә olduğu kimi tәkrarlanaraq anadiplosis yaradır. Azərbaycan ədəbiyyatında çox az nümunələri vardır. XIX әsr Azәrbaycan şairlәrindәn Kazım ağa Salikin R-Ə.-ləri məlumdur:
Soğan, duz-çörəklə içək şərabı,
Qazi xəbər alsa, verək cavabı,
Yaxşı olur yemək toyuq kababı,
Əgər onda toyuq tapsaq bir mərək,
Tamam öldürək.
Tamam öldürək toyuğu, qazı,
Tərk eyləyək orucu, həm namazı,
Salik, işə salaq santuru, sazı,
Yıxılmış dünyaya həm vuraq dirək,
Çalaq dümbərək...
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti