Əlyazma mətninin dili, üslubu və məzmununa görə cavabdehlik daşıyan nəşriyyat işçisi.
R., adətən, dil mütəxəssisi olur. O, mətnin dil və üslubunu janrın tələblərinə və ədəbi dilin normalarına uyğunlaşdırır. Bununla yanaşı, nəşriyyatda, adətən, çapa hazırlanan kitabın texniki-tərtibat göstəricilərini yoxlayan texniki redaktor olur. Lakin elmi və bədii əsərlər nəşrə hazırlanarkən elmi və bədii redaktor qismində müvafiq sahə mütəxəssisləri (alimlər və ədiblər) dəvət olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti