lat. declamare – ucadan danışmaq
Şeir və nəsr əsərlərini, dram və ya faciənin seçmə parçasını bədii söyləmə məharəti.
Deklamasiyanın şərtləri sırasına əsərin vəznini və təqtilərini düzgün təyin etmək, həyəcan, riqqət, təəccüb və s. hisləri məharətlə vermək daxildir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti