Türk xalqlarında poetik söz vә musiqi sənətinin əsas daşıyıcısı.
Ozanlar indiki aşıqların sələfləri olublar. Azərbaycanda ozanları həm də yanşaq, dədə, varsaq adlandırıblar. Qədim dövrlərdə ozanlar el içində ağıllı, ədalətli və müdrik insan kimi qəbul ediliblər. Onlar məsləhət verir, yol göstərir və çətin zamanlarda öndə olurdular. Ozanlar, adətən, şeirlərini qopuzun müşayiəti ilə musiqili şəkildə söyləyirdilər. “Kitabi-Dәdә Qorqud” boylarını düzüb-qoşan Qorqud atanın özü dә ozandır, xalq müdrikidir, ağıllı, faydalı mәslәhətlәr verәn, uzaqgörәn şәxsdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. ode – mahnı ifası
Müəyyən şəxsə, qəhrəmana və ya mühüm hadisəyə həsr olunmuş təntənəli şeir, mahnı.
Qədim Yunanıstanda “O.” konkret bir janrı nəzərdə tutmurdu; sadəcə, “şeir”, “mahnı” anlamına gəlirdi. Orta əsrlər Avropa ədəbiyyatında O. artıq indiki anlamda işlənməyə başladı; yüksək pafoslu şeirlər bu terminlə adlandırılırdı. Klassisizm dövründə yüksək lirikanın əsas kanonik janrı kimi Qərbi Avropada geniş yayılıb. Rus poeziyasında M.V.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, A.S.Puşkin və başqaları vətəndaşlıq ruhlu O.-lar yazıblar. Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatında qəsidə janrı mövzu və pafos baxımından O.-ya yaxındır. Azərbaycan bəstəkarlarından C.Cahangirov, R.Mustafayev, E.Sabitoğlu və başqalarının O.-ları vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQədim və orta əsrlər türkdilli ədəbiyyatında oğuzların ictimai-siyasi, dini-mifoloji, tarixi-fəlsəfi görüşlərini əks etdirən kitab, əsər.
Oğuzların şifahi ədəbiyyatından qaynaqlanan O.-lər konkret janrla məhdudlaşmır. XIV əsrdə uyğur əlifbası ilə yazılmış O.-də türk tayfalarının qədim inancları, Oğuz Kağanın yürüşləri bədii ifadəsini tapıb. XV əsrdə Yazıçıoğlu Əlinin yazdığı O. (orijinal adı – “Təvarixi-ali Səlcuq”) oğuzların və türk dövlətlərinin tarixinə həsr olunub. Qədim O.-lərin həcmcə ən böyüyü “Kitabi-Dədə Qorqud” dastanıdır. Ərəb xəlifəsi Harun ər-Rəşid zamanında (763–809) ilk O. ərəb dilinə tərcümə olunub. O.-lər oğuz türkləri arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. occasionalis – təsadüfi
Müəllifin əsərdə işlətdiyi, leksik vahid kimi dilin lüğət tərkibinə daxil olmayan neologizm.
O. yazıçı tərəfindən dilin qeyri-məhsuldar sözdüzəltmə modellərinə uyğun yaradılır və bədii ifadəliliyə xidmət edir; məsələn:
Quru oduna yandı,
yandı yaş.
Bəs deyilmi,
zamandaş,
dünyadaş! (R.Rza)
***
Ayı sevincəkdir, Qunduz sevincək.
Sincab şəndir, Dələ şəpşən. (A.Orucov)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. octava vox – səkkizinci ton
Sәkkizmisralıq şeir bәndi; bu cür bəndlərlə yazılmış şeir.
İtalyan mәnşәli şeir janrı olub qafiyә quruluşu a.b, a.b, a.b, c.c şəklindədir. Qәrbi Avropa әdәbiyyatında L.Ariostonun “Qәzәbli Roland”, T.Tassonun “Azad edilmiş Beytül-müqәddәs”, C.Bayronun “Don Juan” əsәrlәri, rus әdәbiyyatında V.Jukovskinin bir sıra şeirləri, A.Puşkinin “Kolomnada daxma” poeması vә s. O. şәklində yazılıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYakut ədəbiyyatında dastan, epik əsər.
Yakut xalqının çoxәsrlik mәdәni abidәsi olan qəhrәmanlıq eposudur. Həm janr, həm də konkret əsər adı kimi işlənir. Süjeti, surәtlәri vә üslubi cәhәtdәn bir-birinә yaxın olan çoxlu dastandan ibarətdir. Hər dastan orta hesabla 10-15 min misralıq şeirdәn vә ritmik nәsrdәn ibarәt olur. O. musiqi müşayiәti olmadan xalq nağılçıları olonxosutlar tәrәfindәn ifa edilir. 36.000 misradan ibarət “Nuyurgun Boğotur” ən məşhur və irihəcmli O. sayılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. omos – eyni + forma – forma
Yazılışı və tələffüzü eyni, lakin kökləri müxtəlif olan sözlər.
Nümunə: daşı (əmr şəklində olan feil), daş-ı (təsirlik halda olan isim). O.-larda qrammatik şəkilçilərin qoşulması ilə yazılış və tələffüz eyniliyi yaranır. Şeirlərdə cinas qafiyə yaratmaq üçün O.-lardan istifadə olunur; məsələn:
Yaxşı aşpaz tanır yaxşı düyünü,
Qəmli aşıq, qəlbin neçin döyünü?
Möhkəm bağla, açılmasın düyünü,
Bir ilmək yox, üçün möhkəm çal, a çal! (Cavan Hüseyn)
Nümunənin I və III misralarında “düyünü” qafiyəsi O.-dur. I misrada sözün kökü “düyü”, III misrada isə “düyün”dür.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiRus ədəbiyyatında ilk dəfə A.S.Puşkinin “Yevgeni Onegin” mәnzum romanında yaratdığı şeir forması; ondördlük.
“Onegin strofası” adı ilə də tanınır. 14 misradan ibarәt olan hər bəndin qafiyә quruluşu belədir: a.b, a.b, c.c, d.d, e.f.f, g.h.h. Bәndlərin bu cür quruluşu əsəri poetik forma baxımından kamil və ahәngdar edir. “Yevgeni Onegin” əsərini Azərbaycan dilinə tərcümə etmiş S.Vurğun bu poetik formanı qoruyub saxlamağa müvəffəq olub. O.B.-nə sonralar M.Y.Lermontovun yaradıcılığında – “Tambov xəzinədar xanımı” poemasında da təsadüf edilir:
Məni köhnəpərəst saysalar belə,
Qoy olsun, vecimə deyil bu əsla.
Yazıram “Onegin” ölçüsü ilə,
Ötürəm, a dostlar, əski avazla.
Buyurun, dinləyin hekayətimi,
Onun gözlənilməz nəhayətini.
Bəlkə, deyirəm ki, bəyənərsiniz,
Həm də yüngülcə baş əyərsiniz.
Bizə baş ağrısı verəndən sonra
Köhnə ənənəyə sadiq qalaraq
Mübarək sözünü üstündən vuraq.
Axsaq misraların yıxıla-dura
Üz tutsun rəhmətə gedənlərinə,
Axirət çayında itənlərinə.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər bəndi on iki misradan ibarət, formaca sabit olmayan, müxtəlif qafiyə quruluşuna malik şeir şəkli.
M.Rahimin “Çəkmə haqqında ballada” şeiri O.-yə nümunə ola bilər:
Çəkmə var, jandarma, polis çəkməsi,
Çəkmə var, küçədən gələndə səsi
Ürəklər evlərdə əsir qorxudan.
Çəkmə var, çoxunu edir yuxudan.
Çəkmə var ki, üzü qan ləkəlidir.
Çəkmə var, olduqca təhlükəlidir.
Çəkmə var ki, əzib xeyli isməti,
Çəkmə var, tapdayıb saf məhəbbəti.
Bu laklı çəkmələr, laksız çəkmələr,
Bu şərəfsiz, azğın, haqsız çəkmələr
Şeir də məhv edir, insan da boğur,
Gündə məhmizindən min bəla doğur...
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər bəndi on misradan ibarət, formaca sabit olmayan, müxtəlif qafiyə quruluşuna malik şeir şəkli.
Ə.Kürçaylının “Bir ovuc günəş” şeiri O.-a nümunə ola bilər:
İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu.
Naqafil səsdən, bir gurultudan
Bizi bürüyərdi qorxu, həyəcan.
Faşist təyyarəsi gəlir sanardıq,
Torpaq qazmalarda daldalanardıq.
Elə ki qaranlıq qazmaya girdik,
Anam söylənirdi, gileylənirdi:
“Bir ovuc günəş də qəhətdi bizə,
Qaranlıq yazılıb taleyimizə...”
***
O gündən “bir ovuc günəş” sözünü,
Bir ovuc günəşin, nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi,
Nəmli daxmaların dərmanı kimi.
Bildim: o, həyatdır, güldür, çiçəkdir,
Hamıya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında da,
Laləli düzlərin yaxasında da.
Ya bir ovuc olsun, ya da bir qətrə –
O, gərək, nurunu salsın hər yerə.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. onomastikos – ad vermək sənəti
Bәdii әdәbiyyatda müәyyәn mәna, üslubi yük daşıyan xüsusi adlar.
Bәdii әdәbiyyatda O.-nın üslub vәzifәsi geniş vә rəngarәngdir. Әdәbiyyatdakı xüsusi adların çoxunda bu vә ya başqa dәrәcәdә aydın nәzәrә çarpan bәdii mәqsәd olur. Bu, xüsusilә realist әdәbiyyat üçün çox sәciyyәvidir. Azәrbaycan әdəbiyyatında da şәxs adlarının müxtәlif bәdii mәqsәdlәrlə işlәnməsi faktları çoxdur. C.Cabbarlı əsərlərində obrazlarına verdiyi Elxan, Sevil, Gülüş, Yaşar, Almaz, Gündüz, Qorxmaz, Solmaz vә s. adları xalq tәrәfindәn böyük rәğbәtlә qarşılanıb vә son yarım әsrdә Azәrbaycanda on minlәrlә uşağın bu adları daşıması O. tarixində diqqәtəlayiq faktlardan birinə çevrilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. – iş, əmək, məşğuliyyət
Musiqili dram janrı; bu janrda yazılmış əsər.
O. ədəbiyyat və incəsənətin müxtəlif növlərinin – dramaturgiya, musiqi və xoreoqrafiyanın vəhdətini ehtiva edən sintetik janrdır. Onun ədəbi əsasını libretto təşkil edir. O.-nın elementlərinə antik dramaturgiyada rast gəlinir. Bir çox yunan dramaturqları (Esxil, Sofokl, Evripid) həm də bəstəkar olub. Onların əsərlərində dialoqlar solo, xor, vokal ifası və rəqslərlə müşayiət olunub. O. janrı XVII əsrdə İtaliyada formalaşıb. Azərbaycanda Üzeyir bəy Hacıbəyli 1908-ci ildə ilk O.-mız olan “Leyli və Məcnun”u yaradıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti