Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mahnı

Şifahi xalq yaradıcılığında şeirlə musiqinin sintezindən ibarət lirik janr.

Adətәn, bir neçә bənd və nəqәratdan ibarət olur. Mahnı, əsasən, mәrasimlәrdә, el bayramlarında ifa olunur. Nəğmələrdən fərqli olaraq mahnıların daha kamil melodiyası və məzmunu olur və bir qayda olaraq, instru­mental musiqinin müşayiəti ilə oxunur. Poetik quruluşuna, mövzu və kompozisiyasına görə də nəğmələrdən fərqlənir. Mahnıların əksəriyyəti məhəbbət məzmunlu olsa da, ictimai-siyasi mövzuda olan mahnılarımız da var: “Üçtelli durna”, “Ahu kimi”,  “Bülbüllər oxur”, “Budur gəldi əsirlərin karvanı”, “Sona bülbüllər” və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti