Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şeir

Müəyyən vəznə malik ahəngdar poetik əsər; nəzm, poeziya.

Şeir dedikdə, ilk növbədə, lirik və ya epik növə aid kiçikhəcmli nəzm əsəri nəzərdə tutulur. Bununla yanaşı, danışıq dilində, bəzən də elmi ədəbiyyatda “şeir” sözü daha ümumi anlayış kəsb edərək, ümumiyyətlə, nəzm, poeziya mənasında işlənir. Şeirdə misraların sayı, qafiyə quruluşu, mövzu və bu kimi xüsusiyyətlər janr müxtəlifliyi yaradır. Ədə­biyyatımızda şeirlər heca və əruz vəznlərində, eləcə də sər­bəst formada olur. Yazılı ədəbiyyatda anadilli ilk lirik şeirimizin müəllifi İ.Həsənoğludur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti