Ozanların ifa etdiyi ən qədim simli çalğı alətlərindən biri.
Güman ki, qədim türk sözlərinin birləşməsindən yaranıb: “qop” (uca, yüksək) + “uz” (avaz). Sözün başqa etimoloji açıqlamaları da var. Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Bu alət türk xalqlarının yaşadığı coğrafi ərazilərdə geniş yayılıb. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da təkamül nəticəsində indiki saz şəklini alıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti