lat. expromptus – hazır
Bədahətən söylənilən nitq, şeir, yaxud ifa olunan musiqi əsəri.
E. auditoriya ilə təmas zamanı həmin məqamda yaradılan şeir və ya musiqi parçasıdır. Çox zaman zarafatyana məzmunda olur. Bir çox məclislərdə aşıq və meyxanaçıların əvvəlcədən hazırlaşmadan məclisin ahənginə uyğun olaraq yaratdıqları bədii nümunələr E. sayıla bilər. Müasir stəndap janrında E.-dan geniş istifadə edilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. exsistensia – varlıq
XX əsrin ortalarında Avropada geniş yayılmış irrasionalist, subyektivist ədəbi-fəlsəfi cərəyan.
E. termini ilk dəfə Danimarka filosofu S.Kyerkeqor tərəfindən işlədilib. Əsas nümayəndələri Haydegger, Yaspers, Alber Kamyu, Jan-Pol Sartr və b. olublar. E. əsas qəhrəman kimi ehtiraslardan parçalanan dünyanın şəxsiyyətini irəli çəkir. E.-ə görə, azad insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməməli, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırmalıdır. Bununla da azad insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, “şəraitə” görə özünə haqq qazandırmır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. elegeia – kədərli nəğmə
Avropa ədəbiyyatında hüzn, kədər, bədbin fəlsəfi düşüncələr ifadə edən lirik şeir növü.
Vəznində, həcmində və qafiyə quruluşunda standart yoxdur; adətən, 8-20 misradan ibarət olur. Antik ədəbiyyatda bu şeirin ən təsirli nümunələrini Arxilox, Ovidi, Katull və b. yaradıblar. Rus ədəbiyyatında A.Puşkin, M.Lermontov, N.Nekrasov və başqaları E. yazıblar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. elisio – itələmə
Şeirdə yanaşı gələn iki saitdən birinin düşməsi, vəznə (heca sayına) daxil olmaması.
Daha çox sözlərin sərhədində yanaşı gələn (saitlə bitən sözdən sonra saitlə başlanan sözün gəlməsi) iki saitdən birinin düşməsi nəzərdə tutulur; məsələn:
Bağı aldın, evi aldın, amma doydum demədin,
Qoymadın heç mənə bir metrə qala, nolub, ala? (Baba Pünhan)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. hellenes – qədim yunanların özlərinə verdiyi ad, eksonim
Makedoniyalı İsgəndərin Şərqi istilasından sonra Aralıq dənizinin şərq sahili ölkələrində mədəniyyətin çiçəklənməsi dövrü.
Makedoniyalı İsgəndərin M.ö. 334-323-cü illərdə hərbi səfərlərindən tutmuş həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına (M.ö. I əsr) qədər olan dövrü əhatə edir. E. ifadəsini tarixşünaslığa alman tarixçisi İ.Q.Droyzen gətirib. Tarixçilər E. terminini müxtəlif şəkildə şərh edirlər. Bir çoxları yunan və Şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən E. anlayışının xronoloji sərhədlərini orta əsrlərin başlanğıcına qədər (V əsr) gətirib çıxarırlar. E. tarixini, bir qayda olaraq, Şərqdə ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri olan diadoxların mübarizəsi, E.-in çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. elleipsis – buraxılma, düşmə
Üslubi fiqur: cümlədə asanlıqla anlaşılan, bərpa edilə bilən sözün buraxılması.
Fikrə dinamiklik, canlı danışıq intonasiyası, bədii ifadəlilik vermək üçün istifadə edilir. Daha çox atalar sözlərində, poeziyada rast gəlmək mümkündür; məs.: Abdaldan paşa olmaz, taxtadan maşa (olmaz). Quş dimdiyi ilə, insan biliyi ilə (tanınar).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. phantastike – təxəyyül sənəti
Qeyri-adi hadisə və faktların yer aldığı, bədii şərtiliklə elmi əsaslandırma cəhdinin sintez olunduğu əsər.
E-F.Ə.-in əsas mövzusu gələcəkdə Yer planetinin aqibəti, digər sivilizasiyalarla əlaqə, başqa planetdəki canlılardan müdafiə, elmi-texniki tərəqqi nəticəsində yarana bilən təhlükələr, insanın hələ kəşf olunmamış imkanları, nüvə müharibəsi nəticəsində baş verə biləcək fəlakətlər və s.-dir. Dünya ədəbiyyatında E-F.Ə.-in ilk nümunəsi F.Bekonun “Yeni Atlantida” əsəri hesab edilir. Lakin elmi-fantastik ədəbiyyatın ilk ən gözəl nümunələrini fransız yazıçısı Jül Vern yaradıb. Elmi fantastikanın tam formalaşması XX əsrin 20-ci illərinə aid edilir. Bu termini ilk dəfə 1920-ci ildə amerikalı mühəndis, elmi-kütləvi jurnalın naşiri Hüqo Hernesbek işlədib. Y.V.Çəmənzəminlinin “Gələcək şəhər” hekayəsini (1933-cü il) Azərbaycan ədəbiyyatında E-F.Ə.-in ilk nümunəsi hesab etmək olar. Azərbaycanda bu ədəbiyyatın digər nümayəndələri Emin Mahmudov, Namiq Abdullayev, Maqsud İbrahimbəyov, Qabil Əhmədov, Reyhan Yusifqızı və başqalarıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiElmi əsərin məzmunundakı faktoloji səhvlərin və terminologiyada buraxılmış xətaların aradan qaldırılması.
Dərsliklərin, monoqrafiyaların və digər elmi kitabların nəşrə hazırlanması zamanı vacib redaktə mərhələsidir. Elmi redaktor, adətən, müvafiq sahə üzrə yüksək səviyyəli, təcrübəli mütəxəssislər arasından seçilir. Yalnız elmi əsərlər deyil, bəzən elmi fantastika janrında və ya tarixi mövzuda yazılmış bədii əsərlər də elmi baxımdan redaktə olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. emphasis – aydınlaşdırma, bildirmə
1. Bədii dildə məcazlardan biri – sözün dar mənada işlənməsi.
Nümunə: Alim olmaq asandır, adam (qabiliyyətli, qanacaqlı adam) olmaq çətin.
2. Şeir, nəsr deklamasiyası zamanı sözün, birləşmənin, cümlənin xüsusi vurğu ilə deyilməsi, emfatik vurğu.
E.-nı məntiqi vurğudan fərqləndirmək lazımdır. Məntiqi vurğulu söz cümlənin sintaktik quruluşu ilə bağlı olduğu halda, E. mətnin semantikası ilə bağlıdır; məs.: Könlümün sevgili məhbubu mənim, / Vətənimdir, vətənimdir, vətənim (A.Səhhət).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti