lat. exsistensia – varlıq
XX əsrin ortalarında Avropada geniş yayılmış irrasionalist, subyektivist ədəbi-fəlsəfi cərəyan.
E. termini ilk dəfə Danimarka filosofu S.Kyerkeqor tərəfindən işlədilib. Əsas nümayəndələri Haydegger, Yaspers, Alber Kamyu, Jan-Pol Sartr və b. olublar. E. əsas qəhrəman kimi ehtiraslardan parçalanan dünyanın şəxsiyyətini irəli çəkir. E.-ə görə, azad insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməməli, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırmalıdır. Bununla da azad insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, “şəraitə” görə özünə haqq qazandırmır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti