Hər kəsin birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə sorğu vermək, özünə lazım olan məlumatın növünü və əldəetmə formasını seçmək hüququ.
Buraya axtarılan informasiyanın sahibini müəyyənləşdirmək, lazımi məlumatları sərbəst və hamı üçün bərabər şərtlərlə əldə etmək, habelə şəxsin özü barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, bu informasiyada dəqiqləşdirmələr aparılması tələbi irəli sürmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüquqları daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHərbi qüvvələrin fəaliyyətinə informasiya prosesləri və sistemləri vasitəsilə dəstək vermək üçün həyata keçirilən tədbirlərin məcmusu.
İ.Ə. termini rəsmən ilk dəfə 2003-cü ildə ABŞ Müdafiə Nazirliyinin «İnformasiya əməliyyatlarının yol xəritəsi» adlı rəsmi sənədində işlədilib və ona belə izah verilib: «İ.Ə. – elektron, kompüter şəbəkələri və psixoloji əməliyyatların, hərbi hiylənin, təhlükəsizlik əməliyyatlarının qərar qəbuletmə prosesinə təsir göstərmək, onu pozmaq, nəzarətə götürmək… məqsədilə birgə istifadəsidir. İ.Ə. qarşı tərəfin informasiyasına və informasiya sistemlərinə təsir göstərmək, öz informasiyasını və sistemlərini isə bundan qorumaq, habelə özgə rəyinə təsir göstərmək üçün, o cümlədən qəsdən geniş şayiələr yaymaq üzrə görülən tədbirlərdir».
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiyanın emalı sahəsində ciddi keyfiyyət dəyişiklikləri ilə əlaqədar cəmiyyətin inkişafında baş verən sıçrayışlar və ictimai münasibətlərin yeniləşməsi mərhələləri.
İ.İ.-larına dair müxtəlif konsepsiyalar mövcuddur. Bu konsepsiyalardan birinə görə, bəşər tarixi – informasiya texnologiyalarının inkişafı tarixidir və İ.İ.-ları e.ə. III minillikdə şumerlərin yazını icad etməsi ilə başlanıb. Sonrakı inqilab mərhələləri kimi Avropada kitab çapı texnologiyasının (XV əsr), elektrik rabitəsinin (XIX əsr), elektron hesablayıcı texnikanın (XX əsrin ortaları) yaranması tarixləri və nəhayət, informasiya cəmiyyətinin formalaşmağa başladığı dövr (XX əsrin sonları) göstərilir. Digər alimlər İ.İ.-larının tarixini sənaye inqilabı dövründən (XIX əsr) hesablayır, üçüncülər onu kompüterin, mikroprosessor texnologiyasının və internetin ixtirası ilə (XX əsrin ikinci yarısı) bağlayır. Bu bölgü sistemlərinin hamısı şərti xarakter daşıyır.
Jurnalistika terminləri lüğətiHər hansı mövzuya, problemə birbaşa aidiyyəti olmayan, lakin bu mövzu və problemə auditoriyada süni maraq oyatmaq üçün istifadə edilən xəbər, hadisə, proses.
İ.Q. mahiyyət etibarilə auditoriyaya şüuraltı təsir göstərməyin, bəzən onu aldatmağın bir üsulu, media texnologiyasıdır; məsələn, prezident seçkilərində iştirak edən namizədin əsl məqsədi heç də seçilmək deyil, çıxışlarda, müsahibələrdə, görüşlərdə hansısa dini baxışları, sosial ideyanı təbliğ etmək ola bilər. Misal: «Prezident yarışı – əla informasiya qarmağıdır» (pravmir.ru).
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMünaqişə aparan tərəflərin bir-birinin əleyhinə yönəlmiş informasiya siyasəti və bu siyasəti həyata keçirmək sahəsində məqsədyönlü fəaliyyəti.
İ.Q.-nın əsas iştirakçıları dövlətlər, siyasi qüvvələr, onların mövqeyindən çıxış edən KİV olur. Burada əsas məqsəd rəqibin üzərində üstünlük qazanmaq üçün onun tərəfdarlarını çaşdırmaq, qarşı tərəfin resurslarına psixoloji zərbə vurmaq, ölkədə, yaxud beynəlxalq aləmdə ictimai rəyi öz xeyrinə dəyişməkdir. İ.Q.-da təbliğat, manipulyasiya, saxtalaşdırma elementlərindən, informasiya blokadasından, feyklərdən və şayiələrdən geniş istifadə olunur. İ.Q.-nın ən kəskin forması «informasiya müharibəsi»dir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti