1. İnformasiyanın qorunub saxlanılması üçün qurğu, kompüterin mühüm hissəsi.
Kompüterdə istifadə olunan proqramlar, yerinə yetirilən əməliyyatlar, işlənilən informasiyalar buraya yazılır. Y.-ların müxtəlif növləri var. Onları iki qrupa bölmək olar: daxili Y. qurğuları, xarici Y. qurğuları. Daxili Y. daimi, operativ və keş Y.-dan ibarətdir. Daimi Y.-da (ingiliscə ROM – Read Only Memory) kompüterin əsas proqram təminatı saxlanılır, bu proqramları dəyişmək olmaz, yalnız oxumaq mümkündür. Operativ Y. (ingiliscə RAM – Random Access Memory) cari əməliyyat zamanı istifadə olunan, kompüter söndürüldükdə orada saxlanılan bütün verilənlərin silindiyi Y.-dır. Keş Y. prosessorla əsas Y. arasında kiçik tutuma və yüksək işləmə sürətinə malik qurğudur. Keş Y.-ın dövri yenilənməsi tələb olunmur, buna görə ona statik Y. da (SRAM) deyilir. Xarici Y. qurğuları isə kompüterdən ayrı saxlanıla, daşıdığı informasiya dəfələrlə silinib yenidən yazıla bilən güclü, adətən, yüksək tutumlu Y. növləridir (fləş Y.-lar, DVD ROM-lar, ZİP Y.-lar və s.).
2. Kompüterin daxili və xarici yaddaş qurğularının tutumu, saxlaya biləcəyi informasiyanın maksimum həcmi.
Daxili Y. nə qədər böyük tutuma malikdirsə, kompüter bir o qədər güclü sayılır və əksinə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiirland yazıçısı Conatan Sviftin «Qulliverin səyahətləri» əsərində «kobud, inkişafdan qalmış insan» mənasında işlədilən «Yahoo» sözündən
İstifadəçilərə müxtəlif xidmətlər təklif edən populyar internet-portal, axtarış sistemi.
Y. 1994-cü ildə Stenford universitetinin (ABŞ) tələbələri Cerri Yanq və Devid Filo tərəfindən məhz axtarış sistemi kimi yaradılıb, sonradan genişlənərək informasiya, elektron poçt, elektron ticarət və s. sahələrdə çoxsaylı xidmətlər göstərməyə başlayıb. Portalın adının mənşəyi barədə bir neçə fərziyyə mövcuddur. Lakin onun yaradıcıları bu adı «Qulliverin səyahətləri» kitabından götürdüklərini bildirirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMəlum həqiqətə uyğun olmayan informasiya, iddia.
Y.M. – mövcud olmayan fakt, obyekt, hadisə haqqında informasiyadır və əksər hallarda bilərəkdən, qəsdlə yayılır. Buna görə də, adətən, media qanunvericiliyində və jurnalistlərlə bağlı məhkəmə praktikasında Y.M.-la səhv (həqiqət olmadığı bilinmədən, qərəzsiz yayılan) məlumat arasında fərq qoyulur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiUnikallığı ilə seçilən maddi və mənəvi sərvətlər yaratmağa yönəldilmiş insan fəaliyyəti.
Məhz unikallıq Y.-ı digər maddi və mənəvi sərvətlər istehsal edən fəaliyyət formalarından fərqləndirir. Y.-ın psixoloji (proses) və fəlsəfi (mahiyyət) aspektləri var, onların öyrənilməsi ilə bu iki elm sahəsi ilə yanaşı, bir çox başqa elmlər (ədəbiyyatşünaslıq, dilçilik, jurnalistika, mədəniyyətşünaslıq və s.) də məşğul olur. Jurnalist Y.-nın digər Y. növlərindən (ədəbiyyat, təsviri incəsənət və s.) başlıca fərqi onun eyni zamanda həm fərdi, həm də kollektiv başlanğıca malik olmasıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər kəsin öz dünyagörüşünə, etik və estetik ideallarına, maraq vә qabiliyyәtinә uyğun istәnilәn yaradıcılıq fәaliyyәti ilә mәşğul olmaq hüququ.
Buraya insanın öz yaradıcılıq məhsullarının mülkiyyətçisi olmaq, onları nümayiş etdirmәk, satmaq, istədiyi yerə aparmaq hüquqları daxildir. Azәrbaycan Konstitusiyası ölkədə elmi-texniki, әdәbi-bәdii, o cümlədən jurnalist yaradıcılığının azad hәyata keçirilmәsinә tәminat verir.
Jurnalistika terminləri lüğəti1. Məlumatın şifahi, yazılı və digər üsullarla başqa şəxsə (məlumatın aid olduğu şəxs istisna olmaqla) və ya şəxslər qrupuna bildirilməsi, kütləviləşdirilməsi.
2. İnformasiya-axtarış sistemlərində saxlanılan məlumatların istifadəçiyə çatdırılması.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrində dərc olunmasına, nümayiş etdirilməsinə, səsləndirilməsinə qanunla yol verilməyən və ictimailəşdirilməsinə görə məsuliyyət nəzərdə tutulan materiallar.
Y.Q.O.M.-a qanunla qorunan sirlər, konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə qəsd etməyə çağırışlar, müharibəni, zorakılığı, qəddarlığı, milli, irqi və sosial ədavəti, dözülməzliyi, terrorizmi, ətraf mühitin qorunmasına ziyan vuran hərəkətləri təbliğ edən, habelə vətəndaşların şərəf və ləyaqətini alçaldan, böhtan yayan, pornoqrafiya xarakteri daşıyan materiallar aiddir. Eyni zamanda yayılması qadağan olunmuş bir sıra reklam materialları da (gizli reklam, seçki və referendumlar günü siyasi reklam, narkotik vasitələrin, silahların, tütün məmulatlarının, spirtli içkilərin reklamı və s.) mövcuddur.
Jurnalistika terminləri lüğəti1. Səsli və görüntülü proqramların elektromaqnit dalğaları ilə açıq, yaxud kodlaşdırılmış şəkildə müəyyən məsafəyə ötürülməsi prosesi.
Y. peyk, kabel və ya yerüstü texniki qurğular vasitəsilə həyata keçirilə, ötürülən proqramlar isə xüsusi cihazlarla istənilən sayda tamaşaçı və dinləyici tərəfindən qəbul edilə bilər. Y. əhatə dairəsinə görə daxili (öz ölkəsinin əhalisi üçün) və xarici (başqa ölkələrin əhalisi üçün), texniki əlamətinə görə efir Y.-ı, naqil Y.-ı (kabel televiziyası, radio translyasiya şəbəkəsi) kimi qruplara bölünür.
2. Çap məhsullarının (qəzet, jurnal və s.) istehlakçıya çatdırılması prosesi.
Y. pullu və pulsuz olur, abunə ilə, satış vasitəsilə, paylanma, poçtla göndərmə və s. üsullarla redaksiya, naşir tərəfindən, yaxud onların yayıcı ilə bağladığı müqavilə əsasında həyata keçirilir.
Həmçinin bax:
Çap məhsullarının istehlakçılara çatdırılması ilə məşğul olan şirkət.
Çap məhsullarının yayımı müxtəlif üsullarla həyata keçirilir: köşkdən satış, nəqliyyatda satış, əldəyayım, poçt vasitəsilə yayım və s. Bəzi redaksiyalar öz Y.F.-larını yaradır, amma əksər hallarda bu sahədə ixtisaslaşmış başqa şirkətlərlə əməkdaşlığa üstünlük verilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Xüsusi əhəmiyyətli tədbir, beynəlxalq miqyaslı idman yarışları və bu kimi hadisələri işıqlandırmaq üçün yayım şirkətləri tərəfindən təşkilatçılara ödənilən vəsait.
2. Müəyyən tədbirlərin işıqlandırılması, hazır materialların efirə verilməsi üçün sifarişçi tərəfindən yayımçıya ödənilən vəsait.
Jurnalistika terminləri lüğəti