Çap kütləvi informasiya vasitələri məhsullarının əldən-ələ istehlakçıya çatdırılması üsulu.
Ə. satış məntəqələrinin olmadığı yerlərdə – küçələrdə, meydanlarda, istirahət zonalarında, böyük müəssisə daxilində və s.-də olduqca səmərəlidir. O, xüsusi firmalar, yaxud redaksiyanın özü tərəfindən həyata keçirilə bilər. Ə. istehlakçı ilə istehsalçı arasında birbaşa əlaqə yaratdığı üçün ondan həm də marketinq, canlı reklam forması kimi istifadə olunur.
See also:
Jurnalistika terminləri lüğəti