fr. genre – növ, tərz
Yaradıcı sənət sahələrində gerçəkliyi ifadə etməyin tarixən formalaşmış və təkrarlanan, özəl əlamətlərə malik növlərə bölgü sistemi.
J.-ı formalaşdıran əlamətlər janryaradıcı amillər adlanır. Ədəbiyyatda bu əlamətlərə süjet, kompozisiya, üslub, istifadə olunan nitq forması, əsərin ölçüsü və s. aid edilir. Müasir jurnalistika nəzəriyyəsində isə janryaradıcı amillər üç qrupa bölünür:
a. Məqsəd (əsas hədəf).
b. Təsvirin obyekti.
c. Təsvir metodu.
Sovet nəzəriyyəçiləri jurnalistika J.-larını da bu amillər əsasında üç yerə ayırırdılar: informativ, analitik və bədii-publisistik. Həmin bölgü sistemi bir sıra postsovet ölkələrində saxlanılır. Lakin Qərb elmi fikri jurnalistika üçün “bədii-publisistik” anlayışını qəbul etmir, bölgünü jurnalistikanın fəlsəfəsinə uyğun olaraq bu şəkildə aparır: xəbər (informativ), analiz (analitik) və rəy (fikir) bildirən J.-lar.
Həmçinin bax:
fr. jargoun – təqlidi söz, «qar-qur»
Peşə, yaş, sosial vəziyyət və s. əlamətlərinin oxşarlığı ilə seçilən ictimai qrupun, zümrənin üzvlərinin ünsiyyətdə istifadə etdikləri, başqaları üçün anlaşılmaz söz və ifadələr.
J.-lar ədəbi dilin normalarına uyğun gəlmir, ümumişlək ifadələr sırasına daxil olmur. Medianın dilində J.-ların işlədilməsi yalnız xüsusi hallarda, məsələn, müsahibə verən şəxsin nitq xüsusiyyətlərini olduğu kimi saxlamaq zərurəti yarandıqda məqbul sayılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Əsasən, təhlil xarakterli materialların, publisistik yazıların, nisbətən irihəcmli məqalələrin dərc olunduğu dövri nəşr.
J.-lar arasında ixtisaslaşmış nəşrlər üstünlük təşkil edir, adətən, onlar qəzetlərdən illüstrasiyalarının bolluğu, formatlarının kiçikliyi ilə fərqlənir. J.-ların dövriliyi də nisbətən aşağı olur. Ümumiyyətlə isə
J.-ları dövriliyinə (həftəlik, aylıq, rüblük), məzmununa (ictimai-siyasi, ədəbi-bədii, elmi-kütləvi, peşə-ixtisas və s.), oxucu kateqoriyasına (uşaqlar, gənclər, qadınlar və s.), digər əlamətlərinə görə qruplaşdırırlar. Tarixdə ilk J. 1665-ci ildə Fransada işıq üzü görmüş Journal des Savants elmi nəşri hesab olunur.
fr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Peşəkar səviyyədə mütəmadi olaraq informasiya toplayan və istənilən kütləvi kommunikasiya vasitəsilə onu ictimaiyyətə çatdıran fiziki, yaxud hüquqi şəxs.
«J.» anlayışının fərqli izahları var, internetin inkişafı ilə əlaqədar bu məsələ ətrafında mübahisələr 1990-cı illərdə xüsusilə genişlənib. Mübahisələrə son qoymaq üçün 2000-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi «J. kimdir?» sualına beynəlxalq izah verib. Azərbaycan qanunvericiliyinə görə isə ölkədə J. statusu KİV-in məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə, habelə bu sahədə redaksiya tapşırıqlarını davamlı yerinə yetirən ştatdankənar əməkdaşlarına şamil edilir.
Həmçinin bax:
Jurnalistin işıqlandırdığı hər hansı hadisəyə, fakta verdiyi qiymət, onun təsvir obyektinə münasibəti, problemə baxışı.
J.M. materialda subyektivliyin əsasını təşkil edir, ona görə də bu mövqeyin açıqlanmasının hansı halda yolverilən, hansı halda yolverilməz olduğu barədə mübahisələr mövcuddur. Lakin ümumi qəbul olunmuş qaydaya görə, xəbərlərdə J.M. bildirilməməlidir, digər janrlarda isə (köşə yazıları, esselər, oçerklər istisna olmaqla) ona mümkün qədər az yer verilməlidir. Bununla belə, nəzərə almaq lazımdır ki, J.M. materialda həm açıq surətdə (təbliğat, əks-təbliğat, auditoriyaya müraciət, birbaşa qiymətləndirmə), həm də qapalı formada (mövzunun, faktların, arqumentlərin xüsusi seçimi, balansın pozulması) əksini tapa bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Jurnalistin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinin, hüquqları ilə bağlı malik olduğu təminatların, habelə vəzifələrini yerinə yetirməməyə görə daşıdığı məsuliyyətin vəhdəti.
«Jurnalistin hüquqları» və «Jurnalistin vəzifələri» maddələri 2001-ci ildə KİV haqqında qanundan çıxarılıb. Bununla belə, «jurnalist» anlayışının izahından və qanunun digər müddəalarından aydın görünür ki, jurnalistin əsas hüququ informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaqdan, başlıca vəzifəsi isə əhalini məlumatlandırmaq, həqiqəti auditoriyaya çatdırmaqdan ibarətdir. Azərbaycanda J.S. KİV-in ştatlı və redaksiya tapşırıqlarını davamlı yerinə yetirən ştatdankənar müxbirlərinə şamil edilir.
2. Cəmiyyətin sosial strukturunda jurnalistin yeri, ictimai mövqeyi.
Jurnalistin sosial statusu onun cəmiyyətin digər təbəqələri ilə münasibətlərinin xarakterini müəyyənləşdirir və ümumilikdə bu peşə nümayəndələri üçün səciyyəvi olan bir sıra əlamətlərin təsiri altında formalaşır. Həmin əlamətlər jurnalistlərin istifadə etdikləri hüquqların genişliyindən, yerinə yetirdikləri vəzifələrin mahiyyətindən, medianın professional inkişaf səviyyəsindən və s.-dən asılıdır.
Jurnalistika terminləri lüğətiİctimai əhəmiyyət kəsb edən aktual mövzunun, əsasən, cəmiyyətdən gizlədilməklə topluma təhlükə yarada biləcək hər hansı faktın, hadisənin, problemin hərtərəfli araşdırılması; ən mürəkkəb jurnalistika janrlarından biri.
Təhqiqat prosesində jurnalist müəyyən hadisənin konkret nəticələrə gətirib çıxarmış səbəblərini, onun hərəkətverici qüvvələrini, gizli mexanizmlərini üzə çıxarmağa çalışır və bunun üçün digər peşə sahələrinə (istintaq, vəkillik, auditorluq, mətnşünaslıq və s.) xas olan metodlardan istifadə edir. Analitik səciyyə daşıyan və «nəyə görə?», «niyə?» suallarına ətraflı cavab verən J.T. KİV-in əməkdaşlarından vaxt, yüksək professionallıq, o cümlədən müxtəlif informasiya mənbələri ilə iş bacarığı tələb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedianın müxtəlif sahələrində çalışmaq üçün ixtisaslı kadrlar hazırlayan, jurnalistikaya dair nəzəri biliklər verən və praktik vərdişlər aşılayan təlim-təhsil sistemi.
J.T. ali məktəblərdə, uzunmüddətli kurslarda verilir və qısamüddətli ixtisasartırma kurslarında, treninqlərdə, master-klaslarda, seminarlarda davam etdirilir. Özünütəhsil də jurnalistikada kifayət qədər geniş yayılmış təhsil formalarından biridir. Jurnalistlər üçün ilk ali təhsil müəssisələri XIX əsrin ikinci yarısında ABŞ-da, Almaniyada, XX əsrin 20-ci illərində digər Avropa və Asiya ölkələrində yaradılıb. Azərbaycanda jurnalistika təhsilinin tarixi 1929-cu ildə BDU-da jurnalistika bölməsinin yaradılması ilə başlayır.
Jurnalistika terminləri lüğətiJurnalistlərin peşə həmrəyliyi prinsipi əsasında könüllü olaraq yaratdıqları ictimai birliklər.
J.T. söz və mətbuat azadlığının inkişafına, jurnalist hüquqlarının qorunmasına, KİV əməkdaşlarının professional səviyyəsinin yüksəldilməsinə, onların sosial problemlərinin həllinə xidmət edir, müxtəlif media layihələri həyata keçirir. Jurnalistlər cəmiyyətləri və federasiyaları, jurnalistlərin həmkarlar ittifaqları, redaktorlar birlikləri, mətbuat şuraları, jurnalist hüquqlarını müdafiə komitələri və s. J.T.-na misal ola bilər. Bəzi J.T. coğrafi əlamətlər üzrə (dünya, ölkə, şəhər səviyyəsində) bütün media mənsublarını, digərləri konkret sahələr üzrə (parlament müxbirləri, idman reportyorları və s.) ixtisaslaşmış jurnalistləri birləşdirir.
Jurnalistika terminləri lüğətifr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Əsas məqsədi informasiya axtarmaq, toplamaq, onu peşəkar şəkildə işləmək və media kanalları ilə yaymaqdan ibarət olan yaradıcı fəaliyyət sahəsi.
Elmi-nəzəri ədəbiyyatlarda bu anlayışın «sosial institut», «müvafiq fəaliyyət növləri və peşələr sistemi», «media məhsullarının cəmi», «kütləvi informasiyanın yayım kanalları kompleksi», həmçinin «elm», «tədris fənləri toplusu» kimi izahları da var. J. sahəsində fəaliyyət xüsusi qanunlarla, beynəlxalq normalarla tənzimlənir, bununla yanaşı, J.-nın öz peşə prinsipləri, qaydaları mövcuddur. J. qəzetçilik, radio jurnalistikası, telejurnalistika, fotojurnalistika, internet jurnalistikası və bu kimi növlərə, çoxsaylı ixtisas sahələrinə, janrlara bölünür.
Həmçinin bax: