Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

müsahibə

1. Jurnalistin media vasitəsilə yaymaq üçün ictimai maraq doğuran ­mə­sələlər barədə hər hansı şəxslə söh­bəti.

Formasına görə bu söhbət üzbəüz, telefon vasitəsilə, yazışma şəklində aparıla bilər. M. informasiya əldə etməyin ən çox istifadə olunan üsullarındandır. Bununla belə, onun dolğun və maraqlı alınmasını təmin etmək üçün jurnalist yüksək peşə­karlıq nümayiş etdirməlidir: burada hər bir element – mövzu ilə tanışlıq səviyyəsi, su­alların qoyuluşu, onların ardıcıllığı, müsa­hibin, hətta müsahibənin keçirilmə vaxtı və yerinin düzgün seçimi əhəmiyyət kəsb edir.

2. Jurnalistin ictimai maraq doğuran mə­sələlər barədə hər hansı şəxslə söhbət əsa­sında hazırladığı material, bu ma­te­ria­lın janrı.

M. jurnalistikada geniş ya­yılmış janrdır, o, ölkə həyatının ən mühüm mə­sələləri, vacib hadisələr barədə rəsmi ­şəxs­lərin, mütə­xəssislərin mövqeyini, ­həm­­­­çinin belə ha­disələrin şahidlərindən alın­mış mə­lu­matları operativ və birbaşa audi­toriyaya çatdırmaq imkanı verir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti