Jurnalistlərin məlumat toplamaq, hazırlamaq, yaymaq hüququnu məhdudlaşdırma, yaxud onları hər hansı informasiyanı yaymağa məcburetmə.
Belə əməllər zor göstərməklə, hədələməklə, digər üsullarla həyata keçirilə bilər və qanunla qadağandır. Jurnalistikada P.F.M. dedikdə, əsasən, senzura yeridilməsi, redaksiyanın peşə müstəqilliyinə müdaxilə edilməsi, redaksiyanın fəaliyyətinin qeyri-qanuni dayandırılması və avadanlığına ziyan yetirilməsi, tirajın müsadirə, yaxud məhv olunması, jurnalistin informasiya sorğusunun cavabsız qoyulması, ona fiziki təzyiq göstərilməsi və bu kimi hərəkətlər nəzərdə tutulur.
Jurnalistika terminləri lüğəti