Jurnalistlərin peşə həmrəyliyi prinsipi əsasında könüllü olaraq yaratdıqları ictimai birliklər.
J.T. söz və mətbuat azadlığının inkişafına, jurnalist hüquqlarının qorunmasına, KİV əməkdaşlarının professional səviyyəsinin yüksəldilməsinə, onların sosial problemlərinin həllinə xidmət edir, müxtəlif media layihələri həyata keçirir. Jurnalistlər cəmiyyətləri və federasiyaları, jurnalistlərin həmkarlar ittifaqları, redaktorlar birlikləri, mətbuat şuraları, jurnalist hüquqlarını müdafiə komitələri və s. J.T.-na misal ola bilər. Bəzi J.T. coğrafi əlamətlər üzrə (dünya, ölkə, şəhər səviyyəsində) bütün media mənsublarını, digərləri konkret sahələr üzrə (parlament müxbirləri, idman reportyorları və s.) ixtisaslaşmış jurnalistləri birləşdirir.
Jurnalistika terminləri lüğəti