Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai iştirakçılıq

Dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümum­dövlət və yerli səviyyədə qərarların qəbulunda, hakimiyyət orqanlarının fəa­liyyətinə ictimai nəzarətin təşkilində və­təndaşların, habelə vətəndaş cəmiyyəti institutlarının iştirakı, ictimai rəyin nəzərə alınması.

İ.İ. qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seç­kiliyə yol verilməməsi prinsipləri əsa­sında həyata keçirilir. İ.İ.-ın bir çox for­malarının (ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi) təşkilində media həlledici rola malikdir.

Jurnalistika terminləri lüğəti