Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

vətəndaş mediası

Vətəndaşların professional jurnalistika fəaliyyətindən kənar ­informasiya mübadiləsi aparmaq üçün ya­rat­dıqları kütləvi kommunikasiya vasitə­lərinin cəmi.

Bu vasitələr bloqlardan, podkastlardan, saytlardan, forumlardan, icma radiolarından və s.-dən ibarətdir. İnternet V.M.-nın fəaliyyət göstərdiyi əsas plat­for­madır, bununla belə, o öz məh­sullarını başqa üsullarla (vərəqələr, disklər və s.) da yaya bilər. Terminin müəllifi amerikalı me­dia mütəxəssisi Klemensia Rodrigesdir. O, 2001-ci ildə çapdan çıxmış «Media mən­zərəsində çatlar» kitabında V.M.-na belə tərif verib: «yeni media və qarşılıqlı əlaqə formalarını əhatə edən, icmaların birlə­şərək sosial qaydalarla, legitim anla­yış­larla, institusional ictimai münasibətlərlə müba­hisə açmasına imkan yaradan konsepsiya».

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti