ing. show – nümayiş etdirmə + ing. business – iş
Əyləncə industriyası sahəsində kommersiya fəaliyyəti.
Ş-B. termini əyləncəli tədbirlərin – məşhur müğənni, aktyor və idmançıların iştirakı ilə konsertlərin, müsabiqələrin təşkilindən, onların kütləvi nümayişindən, audio və videokasetlərinin, disklərinin satışından gəlir əldə edən şəxslərə və şirkətlərə aid edilir. Bu şirkətlər sırasına televiziya və radio kompaniyaları da daxildir. Özünüreklam, kütləvilik, təmtəraq Ş-B.-in səciyyəvi xüsusiyyətləridir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətialm. schrift < schreiben – yazmaq
1. Müxtəlif ölçü və biçimli mətbəə simvolları, çap işarələri.
Ş.-lər rəsmlərinə, dizaynlarına, ölçülərinə və s. əlamətlərinə görə müxtəlif ailələrə, qruplara, çoxsaylı növlərə bölünür.
2. Hərf və işarələrin qrafik təsviri.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. status – vəziyyət
İdarədə, müəssisədə daimi çalışan işçilərin heyəti.
Redaksiyanın Ş.-ı sabit maaş alan əməkdaşlardan ibarət olur, qonorarla çalışan ştatdankənar müxbirlər, frilanserlər, stringerlər, ayrı-ayrı layihələrin icrasına müvəqqəti cəlb edilmiş muzdlu işçilər bura aid olunmur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətialm. stativ < lat. stativus – dayanıqlı, tərpənməz
Foto, video və kinokameraların çəkiliş zamanı sabit vəziyyətini təmin etmək üçün dayaq.
Bu üçayaqlı dayaqlar açılıb-yığıla və asanlıqla daşına bilir. Ş.-lər keyfiyyətli statik kadrların alınmasını təmin edir.
Jurnalistika terminləri lüğətialm. strich – xətt, cizgi
1. Qısa qrafik cizgi.
Nəşrlərdə şəkillərin, rəsmlərin çapa hazırlanması üçün onların müəyyən detallarını qabartmaq, yaxud «itirmək» məqsədilə istifadə olunur.
2. Sifət cizgisi, xarakterik detal, səciyyəvi cəhət.
3. Sətrin yuxarısında qoyulan maili xətt formalı qrafik simvol və ya mətbəə işarəsi.
4. Bax: punktir.
Jurnalistika terminləri lüğətiƏmtəənin üzərində yerləşdirilən və xüsusi elektron cihaz vasitəsilə oxuna bilən qrafik informasiya daşıyıcısı.
Müxtəlif qalınlıqlı ağ-qara zolaqlardan və rəqəmlərdən ibarət Ş-K. müvafiq beynəlxalq təşkilatda qeydiyyatdan keçmiş çap məhsulunun növünü (məs.: 977 – qəzet və jurnallar, 978 – kitab), istehsal edildiyi ölkəni və s. göstəricilərini müəyyənləşdirməyə imkan verir.
Jurnalistika terminləri lüğəti1. Rəhbər ideyanı, vəzifəni, yaxud tələbi yığcam və aydın şəkildə ifadə edən müraciət; çağırış.
Qısa və yaddaqalan, emosional ifadələrdən, cümlələrdən ibarət Ş.-lardan, əsasən, ideoloji məqsədlərlə, o cümlədən təbliğat xarakterli yazılarda, çıxışlarda, bəyanatlarda siyasi partiyalar, liderlər, din xadimləri, hərbi rəhbərlər və b. istifadə edirlər.
2. Bir şəxsin məsləkini, hərəkət tərzini, məqsəd və ya tələbini ifadə edən kəlam, yaxud ifadə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnsanın psixikasında özünün dərk etmədiyi formada baş verən proseslərin onun davranışına təsiri.
Ş.T. daha çox psixologiya, fəlsəfə, sosiologiya elmlərində istifadə edilən termindir (bu təsir formasının «şüuraltı», yoxsa «şüursuz» adlandırılmasının düzgün olduğu barədə mübahisələr gedir). Media isə insanlara ən güclü Ş.T. vasitələrindən biridir. Araşdırmalar göstərir ki, studiyada rənglərin seçimi, qonağın necə əyləşdirilməsi də auditoriyanın psixikasına özünün dərk etmədiyi formada təsir göstərir. Ş.T. mexanizmlərindən mediada istifadə etməklə müsbət nəticələrə nail olmaq (məsələn, cəmiyyətdə aqressivliyi azaltmaq) mümkündür. Eyni zamanda bu mexanizmlər ictimai şüurla manipulyasiya imkanlarını da artırır. Bir sıra yeni media texnologiyaları – əks-səda kamerası, koqnitiv dissonans və neyrolinqvistik proqramlaşdırma metodları, Troya atı effekti, mediaviruslar – belə məqsədlərlə tətbiq edilir. Bu baxımdan internet insanlara Ş.T. göstərmək üçün daha geniş imkanlara malikdir.
Jurnalistika terminləri lüğəti