ing. freelancer – ştatdankənar işçi, ilkin mənasında – sərbəst nizətutan
Daimi iş yeri olmadan müxtəlif təşkilatların sifarişlərini yerinə yetirən peşəkar.
Bütün dünyada F.-lərin əksəriyyəti jurnalist, dizayner, redaktor, fotoqraf, sosial media məsləhətçisi və bu kimi mediaya birbaşa aidiyyəti olan sahələrdə çalışır (2012-ci ildə ABŞ-da dərc edilmiş «Frilans sənayesi üzrə hesabat»a görə, ümumilikdə 70%-dən çoxu). Adətən, F.-lər böyük təcrübə və texniki biliklərə, dərin təhlil və araşdırma qabiliyyətinə malik mütəxəssislər olur, onların sərbəstliyini təmin edəcək qədər qazanc əldə edə bilirlər. F. termini ilk dəfə şotland yazıçısı Valter Skottun “Ayvenqo” romanında (1820) «orta əsrlərin muzdlu döyüşçüsü» mənasında işlədilib, XX əsrin əvvəllərində İngiltərənin lüğətlərinə daxil edilib, sonradan mənasını genişləndirib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti