Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şou-biznes

ing. show – nümayiş etdirmə + ing. business – iş

Əyləncə industriyası ­sa­həsində kommersiya fəaliyyəti.

Ş-B. termini əyləncəli tədbirlərin – məşhur mü­ğənni, aktyor və idmançıların iştirakı ilə konsertlərin, müsabiqələrin təşkilindən, onların kütləvi nümayişindən, audio və videokasetlərinin, disklərinin satışından gəlir əldə edən şəxslərə və şirkətlərə aid edilir. Bu şirkətlər sırasına televiziya və radio kompaniyaları da daxildir. Özü­nü­reklam, kütləvilik, təmtəraq Ş-B.-in sə­ciy­yəvi xüsusiyyətləridir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti