Reklam
Reklam

Tarix terminləri lüğəti

yığıcılıq

İnsanın qidada istifadə olunan yabanı meyvələrin, giləmeyvələrin, yeməli bitki köklərinin, balın, molyuskların, həşəratların və s.-nin toplanmasından ibarət ən qədim təsərrüfat fəaliyyəti formalarından biri.

İbtidai icma quruluşu dövründə Y. ovçuluq və balıqçılıqla birlikdə mənimsəmə təsərrüfatının (təbiətin verdiyi hazır məhsulların mənimsənilməsi) əsasını təşkil edib. Y.-la, bir qayda olaraq, qadınlar məşğul olub. Onun sonrakı inkişafı toxa əkinçiliyinin yaranması ilə nəticələnib. Y. Cənubi Amerikanın tropik bölgələrində yaşayan hindu tayfaları və Avstraliya aborigenlərinin bir hissəsi arasında indi də qalır.

Tarix terminləri lüğəti