lat. ultra – fövq, daha çox, ifrat + yun. metamorphoomai – çevrilməyə məruz qalıram, şəklimi dəyişirəm
Yer qabığının dərin zonalarında süxurların regional metamorfizmi.
Miqmatitlərin inkişafı ilə müşayiət olunur. U. nəticəsində metamorfik süxurlar onların qranitləşməsi ilə əlaqədar olan təkrar, çox vaxt reqressiv metamorfizmə məruz qalır. Nəticədə süxurun ümumi kimyəvi tərkibi kəskin dəyişir. Termini 1909-cu ildə İsveç geoloqu P.Holmkvist təklif etmişdir.
Coğrafiya terminləri lüğəti