lat. granum – buğda, dən
İntruziv mənşəli, sıx və dənəvarı maqmatik dağ süxuru.
Q. Yer qabığının ən geniş yayılmış süxurlarındandır, maqmanın Yerin altında soyuması nəticəsində əmələ gəlir. Onun sıxlığı 2600 kq/m³ təşkil edir, tərkibinin əksər hissəsi çölşpatı və kvarsdan, yerdə qalan hissəsi digər minerallardan ibarətdir. Q.-lərin yaşı müxtəlif olur və Arxeydən Kaynozoya qədər bütün geoloji dövrləri əhatə edir.
See also:
Coğrafiya terminləri lüğəti