Şәrq, həmçinin Azәrbaycan klassik poeziyasında etiraf, tövbə məzmunlu şeir.
Qәzәl, qәsidә, mәsnәvi, müxәmmәs vә s. janrlarda yazılır. Adәtәn, belә şeirlәr dini mahiyyәtdә olur; öz hәyatının müәyyәn dövründә etdiyi sәhvlәri başa düşüb tövbә edən şair Allaha müraciәt edәrәk günahlarının bağışlanmasını istәyir. XIX әsr Azәrbaycan şairi Mәhәmmәd bәy Aşiqin ömrünün son dövrlərində yazdığı tərcibənd şəkilli “Tövbәnamә”sindən:
Tövbә, ya rәb, bu qәdәr bәd әmәlimdәn tövbә!
Mәsiyәt rahinә hәm get vә gәlimdәn tövbә!
Hәr xilaf olmuş isә sınmış әlimdәn, tövbә!
Dәxi bundan sora mәkrü dәğәlimdәn tövbә!
Eylәrәm sidq ilә mәn piş әz ölümdәn tövbә!
Hәr xәta çıxmış isә bir dә dilimdәn, tövbә!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti