Tabe sözün tabeedici sözə xəbərlik və mənsubiyyət kateqoriyalarının şəkilçiləri vasitəsilə uyğunlaşması.
II və III növ ismi birləşmələr arasında şəxsə görə uzlaşma mənsubiyyət şəkilçiləri, mübtəda və xəbər arasında isə şəxs şəkilçiləri vasitəsilə mümkün olur. Birinci, ikinci və üçüncü şəxslərdən ibarət həmcins mübtədalar işlədildikdə xəbər birinci şəxsin cəmində olur: Mən, sən və Tuncay birlikdə getməliyik. Həmcins mübtəda ikinci və üçüncü şəxsdən ibarət olduqda xəbər ikinci şəxsin cəm şəkilçisini qəbul edir: Dostun da, sən də daha yaxşı çalışmalısınız.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti