Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şah beyt

Qәzəl və ya qәsidәnin әn dolğun, mənalı, poetik cәhətdәn mükәmmәl beyti.

Ustad sənәtkarların, mәsәlәn, M.Füzulinin yaradıcılığında az qala hәr beyt Ş.B. etalonuna uyğun gәlir. Bәzәn Ş.B.-lər qәzәlin, yaxud qәsidәnin ümumi kontekstindən ayrılaraq müstәqil şeir nümunәlәri kimi bayazcünglәrә daxil edilir. İ.Nəsiminin “Yanaram” qəzəlinin Ş.B.-i:

Çıxdı içimdən tütün, çərxi boyadı bütün,

Gör ki nə atəşdəyəm, gör nə qədər yanaram.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti