Bir çox türk xalqlarında şeirlərin, manilərin, dastanların, lətifələrin, duaların və s.-nin yer aldığı məcmuə.
C.-lər, adətən, aşağıdan yuxarıya qatlana bilən vərəqlər formasında yığılırdı. C.-dəki əsərlərin toplanmasında həmin C.-ü tərtib edən şəxsin təcrübəsi, yaşadığı dövr, ərazi mühüm rol oynayıb. Bir çox əsərlərin əsas, yeganə mətnini, yaxud variantını qoruyub bizə çatdıran C.-lər mətnşünaslıq, həmçinin ədəbiyyat tarixinin yazılması baxımından qiymətli mənbələrdir. C.-lərin daxili quruluşu sabit deyildi. C. sahibinin zövqündən asılı olaraq mətnlər janrlara və ya onların xoşladığı şeirlər, xatirələr və əhvalatlara görə qruplaşdırılırdı. Dini mahiyyət daşıyan, içərisində dualar və xütbələr yer alan C.-lər də var. M.Füzuli adına Әlyazmalar İnstitutunda Azərbaycan, fars və ərəb dillərində yazılmış 250-yə qədər C. saxlanılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti