Reklam
Reklam

Tarix terminləri lüğəti

respublika təqvimi

Böyük Fransa inqilabı dövründə Konventin 1793-cü il 5 oktyabr dekreti ilə tətbiq olunmuş təqvim.

Ona “inqilabi təqvim” də deyilir. R.T. xristian təqvimini ləğv edərək yeni era müəyyənləşdirib. Yeni eranın başlanğıc nöqtəsi kimi Fransada respublika elan olduğu gün götürülüb (22 sentyabr, 1792). R.T.-ndə il hər biri 30 gündən ibarət 12 aya, hər ay isə 3 dekadaya bölünüb. Yerdə qalan 5 (uzun ildə 6) gün isə sankülotların şərəfinə “sankulotid” adlandırılıb. İlin fəsillərindən asılı olaraq aylara yeni adlar verilib: payız (vandemyer, brümer, frimer), qış (nivoz, plüvioz, vantoz), yaz (jerminal, floreal, prerial) və yay (messidor, termidor, fruktidor). R.T. 1806-cı il yanvarın 1-dən Napoleon Bonapart tərəfindən ləğv edilib.

Tarix terminləri lüğəti