Atmosfer yağıntılarının olmaması və ya normadan az düşməsi nəticəsində torpağın su ehtiyatlarının azalması.
Q., əsasən, yazda və payızda yağıntının normadan çox aşağı, hava temperaturunun xeyli yüksək, rütubətliliyinin isə az olduğu uzun dövrdə yaranır. Q.-da torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişsiz şərait yaranır, normal fotosintez prosesi pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Belə yerlərdə süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması, quraqlığadavamlı bitkilərin əkilməsi müsbət nəticələr verir.
Coğrafiya terminləri lüğəti