Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

transpirasiya

lat. trans – içindən + lat. spiro – nəfəs alıram

Bitkinin yarpaqları vasitəsilə suyu buxarlandırması.

T. fizioloji prosesdir, onun intensivliyi işıqdan, temperaturdan asılı olaraq həm gün ərzində, həm də vegetasiya dövründə dəyişir. Bu zaman çox böyük su sərfinə yol verilir; məsələn, 1 ha sahədə əkilmiş kələm vegetasiya dövründə 8 min ton su buxarlandırır.

Coğrafiya terminləri lüğəti