Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qoşayarpaq qoşma

Qoşmanın nisbətən az təsadüf olunan növlərindən biri.

Adi qoşmadan fərqli olaraq qoşa­yar­paq qoşmada şeirin ikinci bəndindən başlayaraq birinci üç misrada daxili qafiyədən istifadə olunur. Aşıq Ələsgərin “Düşdü” adlı şeiri buna misal ola bilər:

Sevdiciyim, hanı gözəllər xanı?

Güzarımız sizin otağa düşdü.

Buyursan fərmanı, alalar canı,

Püşk atdıq, can sənə sadağa düşdü.

                        ***

Sallan qələm qaşdı, yanı yoldaşdı,

Qalmışam taşdı, mən başı daşdı,

Huş başımdan çaşdı, dilim dolaşdı,

Gözləri sataşdı, buxağa düşdü.

                        ***

Ətlazdan qəbalı, belində şalı,

Gövhərdən bahalı üzündə xalı,

Geydi yaşıl-alı, yaxdı mahalı,

Əyri tellər ayna qabağa düşdü.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti