Mülayim qurşaqların yarımsəhra, çöl və qismən dağlıq ərazilərində yayılmış torpaq tipi.
Dağ-meşə Q.T.-a, əsasən, iynəyarpaqlı və qarışıq meşə sahələrində rast gəlinir, onların tərkibində humus 5-10% təşkil edir. Bu torpaqlarda tütün, üzüm, taxıl və tərəvəz yetişdirilir. Lənkəran vilayətində yağıntıların çox olması ilə əlaqədar dağ-meşə Q.T.-ı geniş sahə tutur. Yarımsəhra-çöl Q.T. – quraq iqlimə və zəif inkişaf etmiş bitki örtüyünə malik ərazilərin torpağıdır, onların tərkibində humus 0,3-2% təşkil edir. Bitki örtüyü, əsasən, humusəmələgətirmə qabiliyyəti çox məhdud olan çoxillik kol və yarımkol bitkilərindən ibarətdir. Bu torpaqların əsas massivi Xəzər və Aral dənizlərinin şimal sahillərində, Qazaxıstan xırda təpəliyinin cənub hissəsində yerləşib. Yarımsəhra-çöl Q.T.-ından otlaqlar kimi istifadə edilir, meliorativ tədbirlər görüldükdə orada bostan və taxıl bitkiləri əkilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti