lat. humus – yer, torpaq
Bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tündrəngli torpaq qatı.
Bu qat üzvi maddələrdən, çürüntülərdən ibarətdir. H.-un tərkibində torpağın məhsuldarlığı üçün vacib olan turşular (humin turşuları və fulvoturşular), bitkilər üçün zəngin qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) var. H. torpağın bioloji fəallığını artırır. Tündrəngli torpaqlarda (qara, qırmızı) H.-un miqdarı çox, açıqrəngli torpaqlarda (boz, açıq-şabalıdı) az olur.
Coğrafiya terminləri lüğəti