Bu qabın adı qazmaq məsdəri ilə bağlıdır. Qabaqlar ağacın içini çanaq kimi oymaqla düzəldiblər. İndi misdən və digər metaldan hazırlanır. Bəzi türk dillərində mədə (qursaq) əvəzinə aş qazanı işlədirlər. Mənaca qazan sözünə yaxın olan çanaq, çömçə, çölmək (qorşok) sözləri isə çökəklik, çuxur sözləri eyni kökə malik olub. Onların da içi oyuq olur. Deməli, qazan “içi qazılmış” (oyuq) deməkdir. İkinci ehtimala görə, qazan və qaynar kökdaş sözlərdir. Bizim kənddə “qazan asmışam” cümləsi ilə yanaşı, “qaynar asmışam” cümləsi də işlədilir. Bu baxımdan qazan “qaynatmaq vasitəsi”, “bişirmək vasitəsi” kimi də yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti