Reklam
Reklam

Etimologiya lüğəti

qanad

Tuva dilində bu kəlmənin əvəzində, çalğın işlədilir (qanad çalmaq deyirik). Bir ehtimala görə, qanad sözü də çalmaq feili zəminində yaranıb və təhrif nə­ti­cə­sində qanad şəklinə düşüb. Qanad çalmaq tarixi baxımdan sinonimlər birləş­mə­si­dir (müqayisə et: söz söyləmək, su sulamaq...), indi isə ideomatik ifadəyə çev­rilib. Çalağan adında quş da var. Ehtimal ki, həmin söz də “qanad” mənasında olan çalğın kəlməsi ilə bağlıdır. İkinci ehtimala görə, söz yanaçmaq (yanaç) feilləri zəminində düzəlib. Yəni “uçmaq” anlamını əks etdirir. Litva dilində “qanad’ anlayışını verən sözün (skristi) mənası məhz uçmaq kimi açıqlanır. Ərəblərdə də belədir (təyyarə sözünü yada salın). Qol-qanad sözünün komponentlərinin si­no­nimliyinə əsasən qanad kəlməsini qol aç kimi də qəbul edə bilərik. Başqa mülahizəyə görə, qanadqapaq sözləri qohumdur. Qanad duşu qapayır və so­yuqdan qoruyur (rus dilindəki крылокрыть sözləri də eyni kökə malikdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti