Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

piramida üsulu

Xəbərlərdə ən mühüm informasiyanı materialın əvvəlinə çıxar­ma­ğı, detalları və izahları isə sonra yerləş­dirməyi tələb edən yazı üslubu.

P.Ü. xəbər yazma texnologiyasını jurnalistlər üçün vizuallaşdıran, prioritetləri düzgün müəy­yənləşdirməyə imkan verən qay­dadır. Bu qaydaya görə, xəbərin bütün vacib ele­mentləri onun lidində yer­ləş­dirilməli, xə­bərin gövdə hissəsində incə­ləmələr, daha sonra ümumi informasiya əks etdirilməlidir. Yəni digər janrlarda hazırlanmış ­materiallardan fərqli olaraq xəbər «kim?», «nə?», «nə vaxt?», «ha­rada?», «necə?», «niyə?» suallarına ca­vabdan baş­lanmalı, ardınca faktın, ha­di­sənin detalları  təsvir edilməli, əlavə infor­masiya isə (izahatlar, rəylər, arayışlar və s.) sona sax­la­nılmalıdır. Belə halda materialın özəyinin yuxarıda olduğunu nəzərə alaraq jurna­listikada P.Ü.-na «çev­rilmiş piramida mo­deli», «tərs P.Ü.» da deyilir.

Jurnalistika terminləri lüğəti