ing. lead — rəhbərlik etmək
1. Mətnin ilk qısa abzası, jurnalist materialının mühüm struktur elementi.
L.-in məqsədi auditoriyanın diqqətini dərhal cəlb etmək və onu materiala «bağlamaqdır». Bunun üçün L. informativ, yığcam və mümkün qədər parlaq, yaddaqalan olmalıdır.
2. İnternetlə yayılmış reklam müraciətinə potensial istehlakçının reaksiyasında onu səciyyələndirən istənilən informasiya.
L. – internet-marketinqin əsas anlayışlarındandır. İki cür L. olur: istehlakçı L.-i (demoqrafik göstəricilər – yaş, peşə, gəlir səviyyəsi haqqında informasiya) və məqsədli L. (reklam müraciətinə cavab vermiş şəxslə əlaqə yaratmaq imkanı verən informasiya – e-mail ünvanı, telefon nömrəsi və s.)
Jurnalistika terminləri lüğəti