Amerikada 1830-cu illərdən istehsal edilən ucuz bulvar qəzetləri.
Belə nəşrlərin kütləvi istehsalı buxarla işləyən çap maşınları yarandıqdan sonra mümkün olub. Başqa qəzetlər 6 sentə satıldığı halda, yeni bulvar qəzetləri 1 sentə satılıb və buna görə P.M. adlandırılıb. Onlar kriminal xronika, yerli xəbərlər, sensasiyalı materiallar dərc edib və qısa müddətdə əhalinin kasıb təbəqələrinin əsas informasiya mənbəyinə çevrilib. 1851-ci ildə Nyu-Yorkda P.M.-nın daha bir nümunəsi – The New York Daily Times qəzeti işıq üzü görüb. Qəzetin təsisçiləri yazırdılar: «Biz düşünmürük ki, cəmiyyətdə hər şey tamamilə yaxşı, ya tamamilə pisdir – biz yaxşı olanı qorumaq və inkişaf etdirmək, şəri isə yox etmək, yaxud dəyişmək istəyirik». Bu, fəaliyyətə «penni qəzeti» kimi başlamış, altı ildən sonra isə adını dəyişərək dünya mediasına ən yüksək peşə standartları gətirmiş The New York Times idi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti