Kütləvi informasiya vasitələrinin fəaliyyət prinsiplərinin, jurnalistlərin davranış qaydalarının peşəkar dairələr tərəfindən müəyyənləşdirilməsi və onlara könüllü əməl olunması prosesinin nəzarətə götürülməsi.
Ö. yalnız qanunların media sahəsində ümumi məqsəd və vəzifələri müəyyənləşdirdiyi, onlara çatmaq üsullarını seçməyi isə bu sahədə fəaliyyət göstərənlərin öhdəsinə buraxdığı şəraitdə səmərəlidir. Mahiyyət etibarilə Ö.-nin başlıca funksiyası KİV-in müstəqilliyini qorumaq, hakimiyyətlə münasibətlərini tənzimləmək və cəmiyyət qarşısında məsuliyyətini təmin etməkdir. Ö. sisteminin bünövrəsində jurnalist təşkilatları və media orqanlarının geniş öhdəliklərlə qəbul etdiyi peşə etikası standartları durur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti