Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ortaq süjetlər

Bir çox xalqların ədəbiyyatında və ya sənətkarların yaradıcılığında rast gəlinən eyni süjetlər əsasında yazılmış bədii əsərlər.

Şərqdə geniş yayılmış “Sindibadnamə”, “Bəxtiyarnamə”, “Tutinamə”, “Min bir gecə nağılları”, “Yüz bir gecə nağılları” və s. əsərlər O.S.-ə malikdir. Azərbaycan ədəbiyyatında “Leyli və Məcnun”, “Dəhnamə”, “Yusif və Züleyxa” adı ilə yazılmış bir çox əsərlər vardır ki, O.S. əsasında yaradılıb. Qədim yunan yazıçısı Ezopun təmsillərindəki motiv və süjetlərə bir çox yazıçı və şairlərin yaradıcılığında rast gəlinir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti