fr. motif < lat. moveo – hərəkət etdirirəm
Ədəbi mətnin sabit məzmun komponenti, süjet inkişafının ən sadə vahidi.
İstənilən süjet bir-biri ilə sıx əlaqəli motivlərin qarışığıdır. Eyni motiv müxtəlif süjetlərin əsasında dura və fərqli həllini tapa bilər. Bədii mətnin komponentlərindən biri kimi motivlər (məs.: alicənab quldur, gözəl şahzadə, gözəl qızın bəladan xilas edilməsi, cəngavər qadın və s.) dünya xalqlarının istər mifoloji-folklor, istərsə də yazılı ədəbiyyatında əks olunur. Motiv müəllifin bir və ya bir neçə əsəri çərçivəsində (məsələn, silsilə təşkil edən əsərlər – R.Rzanın “Rənglər” silsiləsi) və ya onun bütün yaradıcılığı kontekstində (B.Vahabzadə, X.Rza yaradıcılığında bütöv Azərbaycan və istiqlal ideyaları), eləcə də müəyyən dövr ədəbiyyatı kontekstində (Azərbaycan ədəbiyyatında XIX əsrin 90-cı illərindən başlayaraq Qarabağ problemi) müəyyənləşdirilə bilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti