Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

antiinhisar tədbirləri

Kütləvi informasiya vasitələrinə sahiblik və yayım sahələrində monopoliyaya qarşı dövlətin atdığı ad­dım­lar.

Bu məqsədlə, ilk növ­bədə, qanun­da bəzi məhdudiyyətlər mü­əy­­yən­ləşdirilir və onlara əməl olunmasına nə­zarət mexa­niz­mi qurulur. Azərbaycan qa­nunvericiliyinə görə, KİV məhsullarının istehsalı və yayımı sahəsində hər hansı inhisarçılıq fəaliy­yəti­nin, haqsız rəqabətin qarşısı alınmalıdır. Xarici ölkələrə yayım istisna edilməklə hər teleradio yayımçısına televiziya ilə ən çoxu iki, radio ilə üç proqrama sahib olmaq, fiziki və hüquqi şəxs­lərə yalnız bir teleradio ya­yımı yaratmaq hüququ verilir.

Həmçinin bax:

terminoloji ifadə: antiinhisar tədbirləri Jurnalistika terminləri lüğəti