Çoxpartiyalı parlament idarəçiliyi sistemində bir neçə siyasi təşkilat tərəfindən yaradılmış hökumət.
Adətən, parlamentdəki qüvvələr nisbəti heç bir partiyaya təklikdə hökumət formalaşdırmaq imkanı vermədiyi hallarda mütləq çoxluğu əldə etmək məqsədilə koalisiya yaradılır. Fövqəladə hallarda (iqtisadi böhran, müharibə və s.) da K.H. qurula bilər. K.H.-lər daha çox Skandinaviya ölkələri, Almaniya, İtaliya, İsrail, müəyyən dövrlərdə Türkiyə üçün xarakterik olub. 1918–1920-ci illərdə AXC-nin beş hökumətinin hamısı K.H. mahiyyəti daşıyıb.
Tarix terminləri lüğəti