lat. coalitio – birləşmə, qovuşma
Müəyyən məqsədə çatmaq üçün dövlətlərin, siyasi partiyaların, təşkilatların və ayrı-ayrı şəxslərin yaratdıqları könüllü birlik.
Digər birlik formalarından fərqli olaraq K. üzvləri yaratdıqları təsisatın məqsədləri ilə bilavasitə əlaqədar olmayan məsələlərdə tam hərəkət sərbəstliyini saxlayırlar. Ümumi məqsədə çatdıqdan sonra K. dağıla bilər. İki və ya bir neçə dövlət hər hansı başqa dövlətə, habelə dövlətlər qrupuna qarşı hərbi-siyasi K. da yarada bilər; məs.: antihitler K.-sı. Siyasi partiyalar arasında isə iki cür belə birlik forması olur: seçkiqabağı K. və parlament K.-sı. Seçkiqabağı K. seçkilərdə vahid siyahı ilə çıxış etmək üçün yaradılır. Parlament K.-sı isə heç bir partiyanın parlamentdə mütləq əksəriyyət əldə etmədiyi təqdirdə formalaşır. Bu zaman bir neçə partiya birləşərək koalision hökumət təşkil edir. Digər yönümlü qurumlar da K.-ya girə bilər; məs.: ABŞ-ın xristian fundamentalist təşkilatlarının birliyi olan xristian K.-sı.
Tarix terminləri lüğəti