lat. clericalis – kilsə
Cəmiyyətin ictimai, siyasi və mədəni həyatında kilsənin və ruhanilərin aparıcı rolunun təmin edilməsinə yönəlmiş siyasi cərəyan.
K.-in öncül qüvvələri ruhanilər və kilsə ilə sıx bağlı şəxslərdən ibarətdir. Bununla belə, K. tərəfdarları məqsədlərinə nail olmaq üçün kilsə aparatı ilə yanaşı, müxtəlif partiyaların, eləcə də kilsənin bilavasitə iştirakı ilə yaradılmış qurumların (həmkarlar təşkilatları, qadın cəmiyyətləri və s.) dəstəyindən yararlanırlar. K. xristian aləmində yaranıb, lakin hazırda islam, iudaizm və digər dinlərin nümayəndələri də cəmiyyətdə öz mövqelərini möhkəmlətmək məqsədilə onun əsas prinsiplərindən fəal şəkildə bəhrələnirlər.
Tarix terminləri lüğəti