Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ideyalılıq

Müəyyən yazıçının yaradıcılığına və ya bütövlükdə milli ədəbiyyata (onun müəyyən dövrünə) xas olan sosial, siyasi, etik, mənəvi prinsiplərin məcmusu.

Əsasən, marksizm fəlsəfəsi ilə bağlı olan bu termini ədəbiyyatşünaslığa ilk dəfə Q.V.Plexanov gətirib. Sovet dövründə sosialist realizmi estetikasında İ. ədəbiyyat və incəsənətin ictimai-siyasi mahiyyətini, bədii yaradıcılığın ideoloji meyarını təşkil edib. İ. ədəbiyyatda dekadentizmə, formalizmə, “sənət sənət üçündür” prinsipinə qarşı çıxır, yazıçını aktiv müəllif müdaxiləsinə, əsərin ideyasını qabarıq şəkildə əks etdirməyə və bu zaman öz ideoloji mövqeyini bildirməyə çağırırdı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti