Yerin alt qatlarında dövran edən isti suların tərkibindəki məhlul və mineralların çöküntülərindən əmələ gələn faydalı qazıntı yataqları.
H.Y.-ın formalaşması prosesi yüz min, milyon illərlə davam edə bilər. H.Y.-dan turmalin, topaz, beril kimi qiymətli daşlar, asbest, maqnezit, barit, dağ bülluru, qrafit və bu kimi faydalı qazıntılar hasil olunur.
Coğrafiya terminləri lüğəti